24 Oktyabr 2022 10:56
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi cahil zavallıların hesabına İran Azərbaycanda murdar təbliğatını davam etdirir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist molla rejiminin Azərbaycanda apardığı təhlükəli təbliğata diqqət çəkib:

“İranın Azərbaycana münasibəti bəllidir. Açıq danışsaq, Tehrandakı rejim Azərbaycana nifrət edir, ölkəmizin bir an öncə məhvini arzulayır və bu istiqamətdə əlindən gələni etməyə çalışır.

İslam müqəddəslərinin adları ilə pərdələnərək aşkar anti-türk, anti-yəhudi və anti-xristian təbliğat aparan Tehran Azərbaycanı işğal etmək, öz ərazisinə qatmaq, bu da alınmasa, Bakıda eynən Tehranda olduğu kimi murdar, əxlaqsız və iyrənc üsul-idarə, rəzil rejim qurmaq istəyir.

Tehrandakı ayətullakratiya bu işdə Azərbaycanda formalaşdırdığı “yumşaq güc”dən istifadə etməyə çalışır. Həmin “güc” onillərdən bəri təşviqat və təbliğat hesabına beyinləri yuyulan, özlərini gah “Zeynəbin iti”, gah “Ağanın iti” adlandıran, sosial şəbəkələrdə “Ləbbeyk, ya Xameneyi!”, “Ləbbeyk, Rəhbər!” yazan, özlərini “əhli-beyt aşiqi”, “Hüseyn aşiqi” sayan binəvalardır.

Bu cahil zavallıların hesabına İran Azərbaycanda murdar təbliğatını davam etdirir. Azərbaycanın müvafiq qurumları artıq hərəkətə keçməli, ölkədəki “yatmış hücrə”ləri aşkarlamalıdır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər