16 Noyabr 2022 11:28
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan baş naziri Nikol Paşinyanı Ermənistanla Azərbaycan arasında danışıqların sürətini saxlamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın baş diplomatı bu barədə Tvitter hesabında yazıb.

“Baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının sürətini saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu səylərə sadiq qalır”, - Blinken qeyd edib.

ABŞ dövlət katibi Ermənistan baş naziri ilə dünən telefon danışığı aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər