17 Noyabr 2022 14:17
7 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransanın xüsusi inzibati-ərazi vahidi sayılan Yeni Kaledoniyanın dövlət müstəqilliyi uğrunda mübarizəsində kanaklara, yəni yerli sakinlərə dəstək olmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu journalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Sakit Okeanın cənub-qərb hissəsində, Melaneziyada yerləşən bu kiçik adalar toplusu 1980-ci ildən bəri fransızların “melaneziyalılar” adlandırdıqları kanakların müstəqillik uğrunda fasiləsiz mübarizəsinə və müqavimətinə səhnə olur:

“Milli Məclisimiz Yeni Kaledoniyanın 54 yerlik parlamenti ilə əlaqələr qurmalıdır. Deputatlarımız bilsinlər ki, Yeni Kaledoniya sakinləri Fransa parlamentinə 2 deputat, Fransa senatına isə 2 senator seçirlər.

İlkin olaraq Yeni Kaledoniyanın 4 sosialist partiyasını birləşdirən Müstəqillik Uğrunda Milli İttifaqı və kanakların müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Azadlıq Sosialist Cəbhəsi ilə siyasi təmaslara keçərək müzakirələrə başlamaq olar.

Yeni Kaledoniyada müstəqilliklə bağlı indiyədək keçirilmiş üç referendumun nəticələrini də nəzərə almaq mütləqdir. 1987-ci ilin sentyabrın 13-də və 2020-ci ilin oktyabrın 4-də keçirilmiş iki referendum qalmaqalla başa çatıb. 2021-ci ilin dekabrında keçirilmiş üçüncü referendum isə ümumiyyətlə tragifars idi. Nəticələri total saxtalaşdırılmış səsverməyə görə, guya kanakların 95 faizi müstəqilliyin əleyhinə səs verib. Halbuki Yeni Kaledoniyanın müstəqilliyini tələb edən və adlarını yuxarıda çəkdiyim iki partiya yerli parlamentdə ən böyük fraksiyalara malikdir”.

Elçin Alıoğlu hesab edir ki, Yeni Kaledoniyada keçirilən seçkilərin saxtalaşdırılması Fransa hökuməti ilə bağlıdır:

“Emmanuel Makron administrasiyasının daha bir idiotizmi budur: Yeni Kaledoniya sakinlərinin 95 faizi referendumda müstəqilliyin “əleyhinə səs verir”, parlament seçkilərində isə elə həmin şəxslərin 83 faizi müstəqilliyi tələb edən partiyaları dəstəkləyirlər.

Azərbaycan parlamenti Yeni Kaledoniyadan olan həmkarları ilə əlaqalərə başlamalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər