22 Noyabr 2022 11:11
4 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə Soçidəki görüşündən bir saat əvvəl Qərbin irəli sürdüyü sülh müqaviləsini imzalamaq istəyib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, Paşinyan Azərbaycanla Qərb variantı üzərində anlaşmağa çalışsa da, Rusiyanın sərt müqaviməti ilə üzləşib.

Nahapetyan hesab edir ki, belə bir müqavimət olmasa, Ermənistan baş naziri tezliklə Azərbaycanla anlaşa bilər.

“Mümkün sülh sazişinin bağlanmasına gəldikdə, bu, yaxın günlərdə və ya aylarda həll edilə biləcək məsələ deyil. Azərbaycanın maraqlarına xidmət edən kollektiv Qərb Ermənistanı bir neçə saat əvvəl (Soçi görüşündən öncə) sülh sazişi imzalamağa məcbur etməyə çalışırdı. Amma Paşinyan başa düşdü ki, bu sülh müqaviləsini imzalaya bilməyəcək, çünki Rusiyanın münasibəti çox sərtdir. Paşinyan ürəyində bir saat əvvəl Ermənistanı tamamilə Qərbin qucağına atmaq istəsə belə, bu istəkləri arzu olaraq qalır”, - ekspert söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər