1 Dekabr 2022 14:18
3 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paris Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq istəyən Brüsselin bütün səylərini pozmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Fransanın Azərbaycana yönəlik son təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Fransa “uzaqgörən rəhbərlər”inin əli ilə dünya ermənilərinin itaətkar alətinə çevrilib. Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi son qətnamə ilə Azərbaycanla münasibətlərin icazə verilən həddinin “plintusdan aşağı” endirilməsinə nail olub.

Bakı Fransa ilə münasibətlərini tamamilə ona görə kəsmir ki, bu ölkənin qorxaq siyasi rəhbərliyinin onların biabırçı parlamenti kimi davranmağa cürəti çatmır. Məhz, o “sarsax”ı tanımağa cəsarət etmir, amma qəbul edilən qətnamələrin axmaq tezislərini açıq şəkildə müdafiə edir.

Yaxşı bilirik ki, Fransa rəhbərliyi Azərbaycana olan sevgidən deyil, bu addımlarına görə Avropa İttifaqının digər dövlətlərinin açıq tənqid obyektinə çevrilməmək istəyindən ölkəmizə qarşı bundan da düşmən addımlar atmır. Paris Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq istəyən Brüsselin bütün səylərini pozmağa çalışır”.

İlqar Vəlizadə Fransanın ermənipərəst rəhbərliyinin Azərbaycana yönəlik addımlarında digər məqsədinin olduğunu da söyləyib:

“Fransa rəhbərliyi Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq prosesini ləngitmək istəyir. Bu şərtlərdə “Kiçik Napoleon”un ambisiyalarını cilovlamaq üçün Avropa İttifaqındakı tərəfdaşlarımızın böyük dəstəyinə ümid etmək haqqımız var, Azərbaycan Livan və ya Mali deyil, bura geosiyasi eksperimentlər yeri deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər