3 Dekabr 2022 14:13
2 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir qrup mülki azərbaycanlının Laçın dəhlizinin (Xankəndi-Gorus yolu) Şuşa yaxınlığında bağladığı bildirilir.

Teleqraf.com xəbər verir ki, bu addımın ekoloji səbəblə atıldığı deyilir.

Məsələ isə bir neçə dövlət qurumunun sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərimizdə faydalı qazıntıların istismarı ilə bağlı monitorinqlə əlaqədardır.

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.


Müəllif: Teleqraf.com