Xankəndi yolunun üzərində növbəti dəfə Azərbaycan bayraqları asılıb.
Bunu Teleqraf.com-a hadisə yerində olan əməkdaşımız məlumat verib.
O bildirib ki, bayraqlar kran vasitəsilə və iştirakçıların alqışları ilə dalğalandırılıb.
Qeyd edək ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçılarının sayı artır və onlar bu gecə də orada qalmağa qərarlıdırlar.
Aksiyada “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndirilir.