Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək və burada dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.
Teeqraf.com xəbər verir ki, bu barədə şənbə günü Türkiyə liderinin administrasiyasının "Twitter" səhifəsində deyilir:
"Prezidentimiz Qətər Əmirinin dəvəti ilə dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün dekabrın 18-də Dohaya səfər edəcək".
Rəcəb Tayyib Ərdoğan DÇ-2022-nin açılış mərasimində də iştirak edib.