22 Dekabr 2014 15:05
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri Ramil Usubov paytaxt polisində kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.

Bakı Şəhər Baş Polis İdarəsindəki mənbədənTeleqraf.com-a verilən məlumata görə, Nofəl Məhərrəmov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsində azad edilib.

Əmrə əsasən, o, Səbail rayon Polis İdarəsinə rəis təyin olunub. Digər əmrə əsasən, Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov tutduğu vəzifədən azad edilərək Xətai rayon Rolis İdarəsinə rəis təyin edilib.

Bundan başqa, Xətai rayon Rolis İdarəsinin rəisi Əkbər İsmayılov tutduğu vəzifədən azad olunaraq Nərimanov rayon Polis İdarəsinə rəis göndərilib. Nərimanov rayon Polis İdarəsinin rəisi Muradəli Babayev Nizami rayon Polis İdarəsinə rəis təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər