24 Dekabr 2014 14:38
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

Assosiasiyanın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bu ilin oktyabr ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib:

“Tərəfimizdən namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplama kampaniyası, namizədlərin qeydə alınma prosedura və digər məsələlərlə bağlı dekabrın 18-də aralıq hesabatı ictimaiyyətə təqdim edib. Seçki günü isə 5 dəfə məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. Assosiasiya hazırda bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayır. Yekun hesabat isə 8 yanvar 2015 - ci il tarixinə kimi ictimaiyyətə təqdim ediləcək.

AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçiçi fəalliğı 39,7 faiz təşkil edib. Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Məsələn, ailə başçısının ailə üzvlərinin əvəzinə səs vermək cəhdi, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi, səsvermənim nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. Bu faktlar barədə seçki administratsiyası nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb”.

M.Züfüqarlının sözlərinə görə, AVCİYA həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Onun qənaətinə görə, seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər