27 Yanvar 2023 19:34
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandakı müsəlmanların dini liderləri Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı həyata keçirilmiş terror aktını hiddətlə pisləyib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Diaspora Komitəsindən məlumat verilib.

Bildirilib ki, Gürcüstandakı müsəlmanların dini liderləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayıblar.

Bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin adından yayılmış bəyanatda bildirilib. “Hadisə zamanı şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət diləyirik! Şəhid zabitin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədən və ya törədənlər tez zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdır!”- deyə bəyanatda qeyd olunub.

Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Seyid Mirtaği Əsədov və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Fariz Rəcəbov Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı edilmiş terror hadisəsini kəskin şəkildə qınayaraq səbəbkarların cəzalanmasını tələb edib, şəhid olmuş səfirlik əməkdaşına Allahdan rəhmət diləyiblər.


Müəllif: Teleqraf.com