28 Yanvar 2023 14:37
6 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Misir liderinin Cənubi Qafqaz səfərinin Azərbaycandan başlaması önəmlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Misir-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri Qahirənin ölkəmizlə və bölgəmizlə əlaqələrə marağından irəli gəlir. Sisi Azərbaycandan sonra Ermənistana gedəcək. Hər halda Cənubi Qafqaza səfərin başlanğıcı kimi Azərbaycanın seçilməsi əhəmiyyətlidir.

Bakı ilə Qahirə arasındakı münasibətlərin inkişaf imkanları var. Misirin dostu və tərəfdaşı olmaq Azərbaycan üçün faydalıdır. Misir Afrika qitəsinin və ərəb dünyasının aparıcı ölkələrindən biridir. Misir Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri qədər varlı olmasa da, geosiyasi mövqeyinə görə aparıcı dövlətlər Qahirənin siyasəti ilə hesablaşırlar. Bu səbəbdən Misirlə sıx əlaqlərin varlığı Azərbaycanın maraqlarına cavab verir.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə Sisini “qiyamçı diktator” adlandırsa da, hazırda onunla dialoqu genişləndirmək üçün imkanlar axtarır. Çünki Misirlə münasibətlərin soyuması Türkiyənin maraqlarına cavab vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu