Bir neçə gün əvvəl Rusiya sülhməramlılarının yük maşınında gizlənərək Ermənistana, oradan da Moskvaya getdiyi bildirilən separatçı Ruben Vardanyan yenidən Xankəndidə peyda olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Vardanyanın separatçı komandanın üzvləri ilə “işgüzar toplantı” keçirdiyini bildirir.
Separatçının Xankəndiyə necə qayıtması haqda məlumat olmasa da, bunun üçün əvvəlki üsuldan istifadə etdiyi şübhəsizdir. Yəni onu yük maşınında gizlədərək Xankəndidən çıxaran rus sülhməramlıları eyni formada da geri qaytarıblar. Əlbəttə, o da qayıdıbsa...
Çünki Vardanyanın təbliği ilə məşğul olan erməni media resursları son bir neçə gündə onun yeni foto və videolarını dərc etməyib.