Rusiyanın aparıcı informasiya agentlikliyi olan "RİA Novosti"yə Azərbaycanda qoyulan giriş qadağası götürülüb.
Teleqraf.com xəbər verir ki, hazırda "RİA Novosti"yə giriş mümkündür.
Xatırladaq ki, agentlik Azərbaycanın ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yaydığı üçün keçən il bloklanmışdı.