Hazırda Zabrat qəsəbəsinə yol bağlanıb.
Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polislər qəsəbəyə yolu bloklayıb.
Qeyd edək ki, bu gün saat 12:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.
Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.