28 Aprel 2023 16:48
2 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regional vəziyyətə və Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, Fransa və Avropa İttifaqının yeganə məqsədi sülh və etimad mühitini bərpa etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Fransa xarici işlər naziri Ketrin Kolonna deyib.

O qeyd edib ki, yalnız sülh sazişi bu vəziyyətdən irəli gələn bütün digər məsələləri həll etmək imkanı verəcək.

Kolonna burada “mühüm işlər” görən Aİ-nin müşahidə missiyasına dəstək göstərmək və vəziyyəti öz gözləri ilə görmək üçün Cermuxa (Dərələyəz mahalı, İstisu) səfər etməsinin vacib olduğunu qeyd edib:

“Əlbəttə, vəziyyəti sənədlər əsasında öyrənirik, amma bunu öz gözlərimizlə görmək də çox vacibdir və bu səfərlə biz dost erməni xalqına dəstəyimizi və əməkdaşlığımızı bir daha təsdiq edirik.

Hər şeyi öz gözlərinizlə görəndə daha yaxşı başa düşürsünüz. Bu, yeni mövqelərdə irəliləyişi görmək bizə vəziyyəti daha yaxşı anlamağa imkan verir və bu missiyanı bir daha təsdiqləyir”.

Fransa xarici işlər naziri dünən Azərbaycanda səfərdə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər