“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitində deyib.
Onun sözlərinə görə, İrəvanla Bakı arasında sülh bütün Cənubi Qafqazın maraqlarına uyğundur.
“Hesab edirəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Ermənistan, həm də Azərbaycanla əla münasibətlərimiz var.
Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm, vasitəçi rol oynadı. Müvafiq olaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik, hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın və Ermənistanın, eləcə də bütün regionun maraqlarına cavab verir”, - Qaribaşvili bildirib.