1 İyul 2023 16:20
2 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəsmiləri artıq Xankəndidəki separatçı rejimin nümayəndələrinin telefon zənglərinə cavab vermirlər.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Edik Baqdasaryan deyib.

Jurnalist bu barədə separatçıların özlərindən məlumat aldığını, bir müddətdir telefon trafikinin dayandırıldığını bildirib.

“Oradan iki fərqli “rəsmi şəxs”lə danışdım. Ermənistan rəsmilərinin artıq onların zənglərinə cavab vermədikləri üçün son dərəcə məyus olublar. Əvvəllər “aidiyyəti qurumlar” arasında sıx əlaqələr olub, istənilən məsələ tez həll olunurdu. İndi zənglərə cavab verilmir”, - Baqdasaryan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər