Ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.
Teleqraf.com-un məlumatına görə, AzərTAc növbəti erməni saxtakarlığını üzə çıxarıb. Belə ki,İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim olunub.
Eyni fotoşəkil, həmçinin uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.
Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı agentliyin arxivində saxlanılır. Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil.
Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim ediblər.