“Uzun müddətdir ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı təxribatları davam edir. Onların təxribatları heç vaxtd da dayanmayacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
“Artıq onların imkanları tükənir. Hətta separatçıların lideri də son müsahibəsində etiraf edir ki, Qərb və Rusiyadan istədikləri dəstəyi ala bilmirlər. Biz öz işimizi görməli, separatçılığa son qoymalı və Ermənistana təzyiqi artırmalıyıq. Doğru yolda olduğumuzu bilirik. Beynəlxalq ictimaiyyətdən də Azərbaycana güclü təzyiq yoxdur. Bəzən ermənipərəst, Azərbaycan əleyhinə açıqlamalar verirlər, amma bunlar heç nəyi dəyişmir, dəyişdirməyəcək”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Qərblə münasibətlərimiz normaldır:
“ABŞ və Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Ermənilərin təxribatçı siyasəti əvvəl bizə ziyan verirdisə, indi fəal olduğumuz müddətdə bu zərərləri neytrallaşdıra bilirik”.