18 Avqust 2023 16:59
9 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra heç bir dövlətin, hətta qonşu Rusiyanın Qarabağla bağlı təkliflər hazırlamasını istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert erməni mediasında Azərbaycan əleyhinə tirajlanan dezinformasiyalara diqqət çəkib:

“Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi BMT Təhülkəsizlik Şurasında nəticə əldə etmədikdən sonra Azərbaycana qarşı psixoloji savaşın növbəti mərhələsinə keçiblər. Erməni saytlarında Rusiya xarici işlər naziri Sergey Lavrovun “Qarabağ probleminin həlli” ilə bağlı 14 maddədən ibarət “təkliflər planı”nın mövcudluğu xəbərinin yayılması bizə qarşı psixoloji savaşın tərkib hissəsidir. Bu “təklif”lərin həqiqətən Lavrova məxsus olub-olmadığı haqda məlumat yoxdur. Rusiya Xarici İşlər Nazirliyi belə bir planın varlığını təsdiq etməyib, ancaq təkzib də etməyib. Görünür, Rusiyadakı mərkəzlər erməni separatçılarıyla birgə “14 maddəlik təkliflər paketi” ilə nəbzimizi yoxlamaq istəyirlər.

Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra heç bir dövlətin, hətta qonşu Rusiyanın Qarabağla bağlı təkliflər hazırlamasını istəmir. Sergey Lavrov keçmiş açıqlamalarında Qarabağın Azərbaycanın daxili işi olmadığına eyham vursa da, “14 bəndlik planı” ortaya atanlara mesajımız təkrarlanmalıdır: Qarabağ Azərbaycanın daxili işidir, heç kimdən, heç bir plan qəbul etməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər