9 Sentyabr 2023 09:06
3 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Ermənistan üzərindən ABŞ-la əməkdaşlıq edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qarşıdakı günlərdə keçiriləcək birgə Amerika-Ermənistan təlimlərinə diqqət çəkib:

“ABŞ və Ermənistan arasında keçiriləcək hərbi təlimlər nədənsə, Tehrandakı rejimini narahat etmir. Bəs mollalar “xarici güclərin regiondakı varlığı”ndan narahat idilər? Zəngilandakı camış fermasını “İsrail hərbi bazası” kimi görərək, səslərini başlarına atmışdılar, at tövlərini belə “hərbi obyekt” kimi görməyə başlamışdılar. Halbuki indiyədək İran İsraillə Azərbaycan arasındakı əməkdaşlıqdan heç bir zərər görməyəcək.

Azərbaycan öz ərazisində indiyədək nəinki İsraillə, heç ABŞ-la hərbi təlim keçirməyib. Əlbəttə, mollaların başağrısı tam başqadır. Tehrandakı teokratik rejim Azərbaycanın güclənməsindən, öz ərazi bütövlüyünü tam bərpa etmək səylərindən əsəbidir. Ona görə də İran Azərbaycana qarşı yönəlmiş hər şeyi qəbul edir, hətta öz düşmənlərinin Ermənistanla qol-boyun olmasına, təlim keçirməsinə səssini də çıxarmır. İranın düşüncəsi budur ki, nə olur-olsun, təki Azərbaycana qarşı olsun. Tehranın - molla rejiminin mahiyyəti budur. Fars şovinist siyasəti Azərbaycana qarşı Şeytanla da ittifaqa girməyə hazırdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, İran Ermənistanın silahlandırılması ilə yanaşı, bu ölkəyə hərbi logistik dəstək baxımından da ciddi rol oynayır:

“Hindistandan daşınan silahlar İran üzərindən Ermənistana çatdırılır. Hətta Tehrandakı rejim Ermənistanı özünün “qırmızı xətt”i elan edib. Amma onlar özünün “qırmızı xətlər”inin haradan keçdiyini ayırd edə bilmirlər. İran sırf Ermənistan Azərbaycana qarşıdır deyə, onu dəstəkləyir.

Bu gün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Şərti sərhəddə hərbi qüvvələrinin sayını artırır, Azərbaycana qarşı revanşa hazırlaşır. İran da Ermənistanı dəstəkləyir. Amma bu mollabaşlar anlamırlar ki, ortada bir də Türkiyə faktoru var. İran Türkiyə kimi bir güclə üz-üzə gəlmək istəyərmi? Zənn etmirəm. Məncə, onlar Güney Azərbaycan amilini də gözardı etmirlər. Yəni birbaşa Azərbaycana qarşı nəyəsə cəhd etmək, öz əlinlə öz qoyunu qazmaq deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər