“Paşinyan radikalların təzyiqi altında Şahramyanı “təbrik” edərsə, Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı yeni təzyiq aləti tapıb. Müxaliflər Paşinyana sual verirlər ki, niyə separatçıların yeni başçısı Samvel Şahramyanı “seçilməsi” münasibətilə təbrik etməyib?.
Paşinyan hələ ağlını tam itirməyibsə, Şahramyanı separatçıların lideri “seçilməsi” münasibətilə təbrik etməməlidir, bu, onun sözdə də olsa, “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar. Paşinyan təcili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və həmin görüşdə nəticə əldə etmək istəyirsə, “təbrik”dən imtina etməlidir. Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Şahramyanı “təbrik” edərsə, Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin. Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artıracaq”, - ekspert bildirib.