15 Sentyabr 2023 15:43
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan indi uzun-uzun və həvəslə “bizi tərk edən Rusiyadır” yalanını danışır. Bunun cavabını alacaq. Əlbəttə, Zelenski qədər ağır olmayacaq, amma bütün bunlar Ermənistandan uzaqda, sadə həyat üçün kifayət edəcək. O, bu istiqamətdə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

“Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyana Qarabağda “seçki” keçirdiyinə görə sərt töhmət verib. Bu, Ermənistanın baş naziri israrla gördüyü şeyi davam edərsə, onun regional güc balansında tutacağı yeri tam müəyyən edir. NATO-ya üzv olmaq istəyirmi? İrəvanın Moskvadan asılılığını zəiflətmək niyyətindədirmi? KTMT-dən razı deyil? Bakı ilə birbaşa danışıqlar sırf amerikalıların və avropalıların - fransızların, almanların, italyanların himayəsi altında aparılmalıdırmı? Ona nə Qarabağda, nə də Gümrü bazasında rus sülhməramlıları lazım deyil? Görəsən bu axmağın heç olmasa Ermənistana ehtiyacı varmı? Olmadığı təəssüratını yaradır. Bu halda sual yaranır: o axmaqdır? Yoxsa etdiklərinin şəxsən ona nə gətirəcəyini yaxşı bilmirmi?”, – ekspert qeyd edib.

Satanovski vurğulayıb ki, Paşinyan dönə-dönə ermənilər tərəfindən bu bədbəxt ölkənin baş naziri seçilirsə, belə olsun, Ermənistanın taleyi tamamilə onların əlindədir.

Politoloq Ermənistan baş nazirinə ritorik suallar da ünvanlayıb:

“Paşinyan niyə Moldovada Sandudan, Gürcüstanda Saakaşvilidən, Ukraynada Poroşenko və Zelenskidən fərqli davranmalıdır? Putin prinsipcə heç kimi heç yerdə devirmir.

Paşinyan niyə qorxsun? Süniki (Zəngəzur) itirsə, təbliğatçıları əhaliyə bunun axmaqlıq yox, Amerika və Avropa Birliyinin himayəsi altında Azərbaycan və Türkiyə ilə sülhü, firavanlığı və dostluğu əbədi təmin edəcək strateji müdriklik olduğunu söyləyəcəklər.

Rusiya və İrana gəlincə, Paşinyan öz tərəfdarlarına deyəcək ki, onların Ermənistandakı maraqları eqoistcə idi, İrəvan artıq Moskva və Tehranın dostu deyil, dost NATO-dur. Bir də Qarabağla bağlı - Paşinyan buna və orada yaşayan ermənilərə əhəmiyyət vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər