“Ruslar daha aktiv şəkildə müdaxilə etsəydilər, Nikol Paşinyanı zərərsizləşdirməyin yolunu tapardılar”.
Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, Rusiya söz davasına baxmayaraq, hələ də mövcud hökumətlə işləməkdə davam edir:
"Moskva indi Nikol Paşinyanı əvəzləyə bilərmi? Təsəvvür edin ki, bunun baş verməsinə kömək ediblər. O zaman problemlərin həlli sahəsinə daha sərt girməlidirlər. Bunları həll etmək üçün Azərbaycan və Türkiyə ilə münaqişəyə girməli olacaqlar. Bu, Rusiyaya lazımdırmı?
Nikol Paşinyanın Rusiyaya sərfəli olduğu vəziyyət yaranıb.
Ermənistanda Paşinyanın yerinə rusiyapərəst şəxs hakimiyyətə gəlsə, hamı başa düşəcək ki, Moskvanın passivliyi anti-Rusiya əhval-ruhiyyəsindən irəli gəlmir, çünki həmin rusiyapərəst fiqur 200 minlik rus əsgərini öz arxasınca çəkə bilməyəcək. Rusiyanın passivliyinə Ukrayna sahəsində çoxsaylı problemlər və Azərbaycan-Türkiyə ittifaqına qarşı genişmiqyaslı münaqişəyə girmək üçün kifayət qədər resursların olmaması səbəb olur”.
Kiviryanın sözlərinə görə, Rusiya elə bir vəziyyətə düşüb ki, hətta Ermənistandakı hərbi bazasını təchiz etmək məsələsini belə həll edə bilmir:
“Belə olan halda real hərbi yardım gözləmək rusiyayönlü qüvvələrin fantaziyalarından biridir. Erməni xalqı həmişə özünü uşaqlıqdan siyasi fantaziyalardan əziyyət çəkən elitanın əlində görüb”.