15 Oktyabr 2023 00:45
2 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan çaşqınlıq içindədir, onun düşündüyü kombinasiya - Qərb platforması işləmədi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ağacanyan deyib.

“Mürəkkəb və çıxılmaz bir durum yaranıb. Paşinyan nə edəcək?

Putin dünən bəyan etdi ki, imkan yarandıqda Ermənistana gəlməyə və ya Ermənistan baş nazirini Rusiyada qəbul etməyə hazırdır. Bunun ardınca Kremldən növbəti - bizim üçün təhlükəli olan “Bakı sülh danışıqları ilə bağlı konstruktiv mövqedədir, İrəvan hələ də qərar verir” bəyanatı gəldi.

Bu bəyanat ona görə təhlükəlidir ki, Azərbaycan Qərb platformasından istədiyini alıb, indi digər problemləri Moskva ilə həll etməyə çalışır. Paşinyan isə çaşqınlıq içindədir, onun düşündüyü kombinasiya - Qərb platforması işləmədi, bunu Qranadadakı uğursuz görüşü sübut edir”, - ekspert bildirib.

Ağacanyan əlavə edib:

“Diplomatik dildən tərcümədə Putinin bəyanatı bu deməkdir: “Elə məsələlər var ki, onların həlli yollarını tapmalıyıq, danışaq, nə etdiyimizi anlayaq”.

İndiki şəraitdə Paşinyan böyük nümayəndə heyəti ilə Moskvaya işgüzar səfərə başlamalı, böyük danışıqlar paketi ilə Kremlə getməli və Putinlə bir neçə saat və ya bir neçə gün davam edən çətin danışıqlara başlamalıdır. Çünki Ermənistan-Rusiya münasibətlərində böyük boşluqların yarandığı göz önündədir, iqtisadiyyatdan tutmuş təhlükəsizliyə qədər müxtəlif məsələlərdə anlaşılmazlıqlar var”.

Politoloq Ermənistan baş nazirinin bunu edəcəyinə şübhə ilə yanaşır.

Prezident Vaaqn Xaçaturyan bu gün Rusiyanın etirazına səbəb olan Roma Statutunu təsdiqləyib. Prezidentin ardınca Baş nazir Paşinyanın da bunu təsdiqləyəcəyinə şübhə yoxdur, özü demişdi ki, parlament ratifikasiya edib bunu masasına göndərsə, düşünmədən imzalayacaq. İrəvanın bu addımının Moskva ilə münasibətlərdəki çatı daha da dərinləşdirəcəyi qaçılmazdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər