16 Yanvar 2015 10:47
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Bakıda 235 avtoxuliqanlıq faktı aşkar edilib. Yol hərəkəti qaydalarını pozduqlarına görə 20 və daha çox cərimə balı toplayan 590 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, 2014-cü il ərzində Bakıda yol hərəkəti qaydalarının pozulmasına görə təhkim edildikləri ərazilərdə yol-patrul xidməti müfəttişləri tərəfindən 748994 inzibati protokol tərtib edilib: "Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə yol polislərinin həyata keçirdikləri tədbirlər nəticəsində avtomobili sərxoş halda idarə edən 6689 sürücü, qəza şəraiti yaradan 3866, polisin qanuni əmrinə tabe olmayan 5681, dəmiryol keçidi qaydalarını pozan 120, işıqforun qırmızı işığında keçən 12309, sürət həddini aşan 1851, sərnişindaşıma qaydalarını pozan 2353, avtomobili dövlət nömrə nişanı olmadan idarə edən 718, avtomobili müvafiq sənədlər olmadan idarə edən 5675, yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə-manevretmə qaydalarını pozan 3203, avtomobili pərdə-plyonkalı idarə edən 1494, yolayrıclarını keçmə qaydalarını pozan 118246 və digər qayda pozuntularına görə 6984, ümumilikdə isə 123300 sürücü, eləcə də yol hərəkəti qaydalarını pozan 137034 piyada aşkar edilərək inzibati məsuliyyətə cəlb olunub".

Bölmə rəisi qeyd edib ki, ötən il yol hərəkəti qaydalarının pozulmasının aşkar edilməsi sahəsində müşahidə kameraları istifadə edilməklə videonəzarətin tətbiqi sayəsində 348191 yol hərəkəti qaydalarının pozulması faktı aşkar edilib. Yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində fotomaterial hazırlanaraq lazımi tədbirlər görülüb.

Qeyd edək ki, 2014-cü il ərzində Bakıda 901 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş vermiş yol qəzalarında ölən 313 nəfərdən 221-si kişi, 76-sı qadın, 16-sı uşaq, xəsarət almış 894 nəfərdən 570-i kişi, 258-i qadın, 66-sı uşaq olub. 2013-cü illə müqayisədə hadisələrin sayı 110 fakt (10,9%), ölüm 29 fakt (8,5%), xəsarət 106 fakt (10,6%) azalıb.


Müəllif:

Oxşar xəbərlər