ASALA terror təşkilatı hər zaman xarici qüvvələrin sifarişi və dəstəyi ilə hərəkət edib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, ASALA terror təşkilatı Qərb dövlətlərində olan erməni lobbisi tərəfindən maliyyələşdirilib:
“Türk və Azərbaycan diplomatlarına, milli ziyalılarına qarşı hər zaman terror törədiblər. Buna da əsas dəstəkverici qüvvə erməni lobbisi olub. Bu məsələnin içərisində Rusiya izi hiss olunur. Son günlər Nikol Paşinyan hökumətinə qarşı bəzi terror elementləri hiss olunmaqdadır. Konkret Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbs olunan qruplar da mövcuddur. Düşünürəm ki, onlar getdikcə daha çox Paşinyana təzyiqi artırmaq istəyirlər. Ən azından Paşinyan anti-Rusiya və Qərbə yönəlmiş inteqrasiya siyasətindən əlini üzsün. ASALA terror təşkilatı Ermənistanda hansısa uğur qazanmağına inanmıram. Ermənistanla paralel Qərbin xüsusi xidmət orqanları var. Onlar ciddi şəkildə Paşinyanı mühafizə edirlər. Əgər belə hadisələr baş verərsə bu ASALA-ya qarşı dövlət səviyyəsində böyük kompaniyanın başlanması və məhv olunmasına gətirib çıxara bilər.
Natiq Miri bildirib ki, birdən-birə ASALA-nın ortaya çıxması müəyyən suallar yaradır:
“ASALA heç vaxt Ermənistan dövlətinə qarşı çıxmayıb. Əgər çıxış etsələr, demək ki, ciddi şəkildə burda hədəflər və sifarişlər var. Nikol Paşinyanı da xarici erməni diasporları sevmir. Bu sifarişlər Qərb həm Rusiya da mövcud olan erməni diasporları tərəfdən gələ bilər. Əgər bu baş tutarsa bu xaosun içərisində özləri hakimiyyəti ələ almağa çalışarlar. Terrorun arxasında duran güclərin hakimiyyətə gətirmək istədiyi gücdür. Hədəf birmənalı olaraq Paşinyandır. Nikol Paşinyanın aradan götürülməsi bütövlükdə hakimiyyəti yox edə bilər.