Gürcüstanın 3+3 platforması ilə bağlı mövqeyi aydındır: ölkəmiz bu formatda iştirak etməyib, iştirak etmir və etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.
Nazir Gürcüstanın qonşu dövlətlər - Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı əməkdaşlığı və ikitərəfli münasibətlərinin olduğunu vurğulayıb.
Bundan əvvəl 3+3 platformasının (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran – red.) Tehranda keçirilən iclası da Gürcüstanın iştirakı olmadan baş tutub.
Rəsmi Tiflisin formatla bağlı mövqeyi belədir ki, Rusiya Gürcüstan ərazilərini işğal altında saxladıqca bu çərçivədə keçirilən görüşləri boykot edəcək.