21 Noyabr 2023 12:06
10 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün bütün vasitələrdən istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Komitəsinin sədr müavini Armen Xaçaturyan deyib.

Deputat Ermənistan hökumətinin nəqliyyat dəhlizləri ilə əlaqədar “Sülh qovşağı” projesinə niyə Qarabağın daxil edilməməsi ilə bağlı suala belə cavab verib:

“Qarabağın adı çəkiləcəksə, Azərbaycanın digər bölgələri də qeyd olunmalıdır. Bunun heç bir əhəmiyyəti yoxdur, önəmli olan odur ki, biz ölkəmizdə dəmir yollarının istiqamətlərini necə təsəvvür edirik”.

Azərbaycanla sülh müqaviləsinə gəlincə, Xaçaturyanın fikri belədir:

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün bütün vasitələrdən istifadə edir. Amma Ermənistan bunun Rusiyanın yox, Qərb dövlətlərinin zəmanəti ilə bağlanmasını istəyir”.

Onun fikrincə, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması Ermənistan üçün səhv olardı.

Xaçaturyan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın nəzarətinə də qarşı çıxıb:

“Bu günlərdə Rusiyadan açıqlama verildi ki, Naxçıvanla Azərbaycan arasında yollar açılsa, bu xətlərə nəzarəti Rusiya həyata keçirməlidir. Bu heç bir şəkildə mümkün deyil, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Yolların təhlükəsizliyini ölkəmizin xüsusi təyinatlı dəstəsi təmin edəcək”.

Deputat Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsinə də diqqət çəkib:

“Bütün məsələlər müzakirə olunur. Ermənistanın təhlükəsizliyini bütün aspektlərdə təmin etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər