Baş nazir Nikol Paşinyan və komandası ictimaiyyətə yolların (Zəngəzur dəhlizinin – red.) açılmasının Ermənistana böyük fayda gətirəcəyini izah etməyə çalışır. Hətta yolların açılması nəticəsində Ermənistanın ümumi daxili məhsulunun qısa müddət ərzində 30 faiz artacağını bildirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetinin analitiki Artur Karapetyan yazır.
Ekspert Ermənistan rəhbərinin məsələ ilə əlaqədar təqdim etdiyi “Sülh qovşağı” layihəsinə diqqət çəkib:
“Paşinyan çıxışlarında bildirir ki, “Sülh qovşağı” təkcə Türkiyə və Azərbaycanla əlaqə yaratmaq üçün yox, həm də Rusiya və İranla dəmir yolu əlaqəsini bərpa etmək üçün yeni üfüqlər açır. “Qovşaq” dedikdə yolların kəsişməsi nəzərdə tutulur, amma Ermənistanın bu ölkələrlə sərhədləri olduğu halda, Gürcüstan və İranla birbaşa əlaqəmizi yaxşılaşdırmaqdan söhbət getmir.
Ermənistanın İran və Gürcüstanla əlaqəsini yaxşılaşdırmalı olan Şimal-Cənub magistral yolu illərdir tikilir, hələ də tamamlanmayıb”.
Karapetyan Paşinyanın İran və Gürcüstanı istisna edərək, Azərbaycan və Türkiyə ilə əlaqələrini bərpa etməyə tələsdiyini vurğulayıb. Bununla belə, ölkələr arasındakı fikir ayrılıqlarının hələlik bu projenin reallaşmasına mane olduğunu söyləyib.