Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin konstitusiyasını dəyişmək qərarı Azərbaycan və Türkiyə ilə əlaqəlidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Onun sözlərinə görə, Paşinyan xüsusən də konstitusiyadan Qarabağla əlaqəli qeydləri çıxarmağı hədəfləyib.
Abovyanın fikrincə, Ermənistan baş naziri konstitusiyanın mətnindən Qarabağla yanaşı, bu qondarma məsələlərə aid istinadları da çıxarmaq istəyir:
Hər hansı “tarixi və ya etnik preambula”nı, “erməni soyqırımı”nı, erməni kilsəsinin rolunu” və sair.
Ekspert bildirib ki, Paşinyan Türkiyənin Ağrı dağının əks olunduğu “gerbi” də redaktə etməyə çalışır.
Politoloq baş nazirin başqa bir məqsədinə də diqqət çəkib: Ermənistanın hərbi bloklara qoşulmaması statusu (KTMT-dən çıxmaq üçün konstitusiya tələbi).