23 Yanvar 17:10
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr ticarətdə tam şəkildə milli valyutaların istifadəsinə keçməlidirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

“İqtisadi sahədə MDB ölkələrinin milli valyutalar və təhlükələrə məruz qalmayan digər ödəniş sistemlərindən istifadəyə tam keçidi təmin etmələri vacibdir”, - Rusiya rəsmisi bildirib.

Pankinin sözlərinə görə, iqtisadi sahədə birlik bəzi ölkələrə qarşı tətbiq edilən qanunsuz sanksiyalar və MDB-nin bütün üzvlərinə edilən təzyiqləri aradan qaldıra bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər