27 Fevral 13:49
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni seçkilər gündəmdə deyil, Ermənistan vətəndaşları artıq öz seçimlərini ediblər. Belə bir sual müzakirə olunmur və olunmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məsuliyyəti öz üzərimizə götürmüşük, bunu sona qədər aparacağıq. Bizim missiyamız var: bu da Ermənistan və regiona sülh gətirməkdir. Bundan sonra seçkilərin vaxtı gələndə öz baxışımızı təqdim edəcəyik, Ermənistan xalqı yenidən azad və ədalətli seçkilərə gedəcək”, - Simonyan bildirib.

Spiker Azərbaycanla yeni müharibə ehtimalına da toxunub:

“Digər sual müharibə ilə bağlı idi, elə deyilmi? Bu durumda müharibənin proqnozlaşdırılması nankorluqdur. Demək lazımdır ki, hər şey bizim tərəfimizdən edilib, indi də edilir ki, belə bir təhlükə olmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər