28 Fevral 12:57
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda aktivləşən Fransa Ermənistanı yeni silahlı toqquşmaya sövq edir, bölgədə ermənilər vasitəsilə təsir imkanlarını artırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı mümkün silahlı təxribatın ssenarisi də Parisdə hazırlanıb:

“Həmin ssenariyə görə, Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri şərti dövlət sərhədində ordumuzun mövqelərini iriçaplı silahlar və minaatanlardan atəşə tutmalı, sonra hücuma cəhd etməlidirlər. Məqsəd Azərbaycan ərazisində bir neçə mövqe və ya yüksəkliyi ələ keçirmək, bu minvalla Azərbaycanı sərt cavab aksiyasına vadar etməkdir.

Aksiya baş tutan kimi sözügedən ssenariyə uyğun olaraq, əvvəlcə Ermənistan və Fransa, daha sonra isə Qərbin bir sıra ölkələrinin mass-mediasında “Azərbaycan Ermənistan ərazisini atəşə tutur, əraziləri ələ keçirməyə, işğalı reallaşdırmağa çalışır” tipli xəbərlər peyda olmalıdır. Həmin xəbərlər Azərbaycanı hədəfə alacaq genişmiqyaslı informasiya-təbliğat kampaniyasının tərkib hissəsinə çevrilməlidir.

Beləliklə, Cənubi Qafqazda yeni eskalasiyasının informasiya fonu, Fransanın bilavasitə rəhbərliyi və nəzarəti altında Ermənistanın Azərbaycana qarşı planlaşdırılan təxribatının təbliğat zəmini hazırlanacaq.

Məqsəd Qərb ölkələrindəki insanları “qəddar və güclü Azərbaycanın məsum və zəif Ermənistana hücumu”na inandırmaqdır. Bəhs etdiyimiz ssenaridə Fransanın məqsədi Ermənistan, ümumiyyətlə, ermənilər vasitəsilə bölgədəki mövcudluğunu gücləndirmək, Rusiyanın Ermənistana təsir imkanlarını azaltmaq, perspektivdə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi və bölgəni tərk etməsinə nail olmaqdır”.

Elçin Alıoğlu hesab edir ki, Paris məqsədlərinə çatmaq üçün Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasından (EUMA) da istifadə edir.:

“EUMA Parisdən İrəvana göndərilmiş rezidentlər və casuslar vasitəsilə Ermənistandakı agentura şəbəkəsini daha da genişləndirərək Azərbaycanla şərti dövlət sərhədindəki “müşahidələr”i vasitəsilə əldə etdiyi məlumatları Parislə bölüşməyi unutmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər