12 Mart 13:09
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışıqlar zamanı beynəlxalq məhkəmələrə şikayətlərlə bağlı məsələ müzakirə olunub və olunur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan gündəlikdə İrəvanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərini geri götürməsi ilə bağlı məsələnin olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Bizim mövqeyimiz belədir ki, bu, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin bunu imzalamağa hazır olanda bəlli olacaq məsələdir, sonda müzakirə oluna bilər. Əslində, bu, məntiqlidir, çünki tərəflər razılığa gəlsələr və imzalanma mərhələsinə çatsalar, hər iki tərəfin belə bir həll yoluna getməsini istisna etmirəm, hətta məntiqli hesab edəcəm”.


Müəllif: Mənsur Rəğbətoğlu