4 Aprel 21:30
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmazdan əvvəl Qərb, çox güman ki, ABŞ-dən təhlükəsizlik zəmanəti almaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Iarex.ru saytı yazır.

Portalın fikrincə, İrəvan Qərbin dəstəyi ilə sülh sazişi üçün öz şərtlərini irəli sürməyə çalışır:

“Ermənistan ikinci addım kimi KTMT, sonra Avrasiya İqtisadi Birliyindən formal olaraq çıxacaq. Obyektiv olaraq müxtəlif səbəblərdən bu addımlar Rusiyanın milli maraqlarına qarşı yönəlib. Ümumilikdə Ermənistan Ukraynanın tutduğu yolla gedə bilər, bu da qonşu İran və Türkiyənin milli maraqlarına birbaşa təsir edəcək.

Rusiya XİN də qeyd edir ki, Ermənistan da Ukrayna kimi mürəkkəb geosiyasi tələyə düşə bilər”.

Sayt iddia edir ki, aprelin 5-də Brüsseldə Ermənistan, Avropa Birliyi və ABŞ arasında keçiriləcək görüşdə NATO baş katibi Yens Stoltenberq də iştirak edəcək:

“Tərəflər Ermənistana Qərb tərəfindən təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı sənəd hazırlayır. Bura AB üzvlüyünə namizəd statusu, Avropa Sülh Fondundan sərmayə yatırılacağı vədi və sıx hərbi-texniki əməkdaşlıq daxil ola bilər”.

Mənbə iddia edir ki, bölgədəki durumu Brüssel sammitinin nəticələri müəyyən edəcək: “Ermənistan üçün xəbərdarlıq dövrü başa çatır, mühüm qərarların qəbulu anı yaxınlaşır”.

Portal Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın cəzalandırılacağını istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər