6 Aprel 13:43
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüssel görüşündə hərraca çıxarılan Ermənistanın ilkin qiymətinin verildiyini söyləmək olar: 336 milyon.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“Önəmli olan pulun məbləği deyil, ölkəmizin hərraca çıxarılması və həmin pulların qrant şəklində hansı istiqamətlərə veriləcəyidir. Məsələn, infrastruktur və yaşıl enerji. Bu pullar Ermənistanın həyati maraqları üçün yox, Ermənistanı Rusiyadan ayıraraq tamamilə Türkiyə və ya Azərbaycandan asılı vəziyyətə salmaq üçün verilir. Ermənistanı mərhələli şəkildə enerji müstəqilliyindən məhrum etmək üçün atom elektrik stansiyası və infrastrukturlar, Zəngəzur dəhlizi və sair. Başqa sözlə, bu, elan edilən hərracın son nöqtəsi olacaq”, - ekspert bildirib.

Abovyanın sözlərinə görə, Avropa Birliyi (AB) və ABŞ regionda son məqsədlərini gizlətmirlər, bu da İran və Rusiya, eləcə də Çinin regionda təsirini azaltmaqdır:

“Bütün addımlar bu məqsədə yönəlib.

Əbəs yerə deyil ki, Blinken dəstəyin böyük hissəsinin informasiya axınının şaxələndirilməsinə gedəcəyini açıqladı. Bu o deməkdir ki, insanları yönəltmək üçün informasiya sahələrinə çoxlu pul yatırılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu