9 Aprel 14:07
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti nə qədər Zəngəzur dəhlizinin gündəmdən düşdüyünü bəyan etsə də, bu məsələ gündəmdə qalır.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, bu məsələ hələ də qüvvədə olan üçtərəfli 10 noyabr bəyanatının (Azərbaycan-Rusiya-Ermənistan) 9-cu bəndində öz əksini tapıb.

“Zəngəzur dəhlizi ilə bağlı tələbləri dəfələrlə eşitmişik, bu tələb indi də qarşımızdadır”, - Rüstəmyan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu