16 İyun 16:25
4 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sünik vilayətində (Zəngəzur) olan Ermənistan Baş naziri Nikol Paşinyan sərhədyanı Çakaten kəndinin sakinləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, baş nazir kəndlilərə sərhədin demarkasiyasından sonra müəyyən edilmiş xətlərdə tikanlı məftillərin çəkiləcəyini deyib.

Paşinyan Çakaten sakinlərindən nə işlə məşğul olduqlarını soruşanda kəndlilərdən biri şikayətlənib ki, mal-qaraları tez-tez Azərbaycan tərəfinə keçirlər.

Baş nazir sakinlərlə sərhədin delimitasiya və demarkasiyası ilə bağlı danışaraq söyləyib ki, Tavuşdakı kimi burada da sərhədi demarkasiya etsələr, o zaman bir daha belə problemlər yaranmayacaq.

“Buradakı sərhəd xəttinə uğurla çatsaq, burada Voskepardakı kimi tikanlı məftil çəkəcəyik ki, inəklər o tərəfə keçməsinlər”, - Paşinyan qeyd edib.

Kəndlilər baş nazirə bunun ən yaxşı variant olduqlarını bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər