24 İyun 13:36
4 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şüvəlan qəsəbəsində 3 polisin qətlə yetirilməsi Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovu gündəmə gətirib.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bir müddət öncə müğənni Rəqsanə Əli İbrahimovla bağlı iddia ilə çıxış etmişdi.

Belə ki, polis rəisi müğənnini məhkəməyə verərək onun Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb etmişdi. Nəsimi Məhkəməsi polis rəisinin iddiasını təmin etsə də, müğənni razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi də Rəqsanə İsmayılovanın şikayətini təmin etməmişdi.

Rəqsanə İsmayılova ötən ilin sentyabrında yaydığı müraciətdə 2015-ci ildə polis rəisindən 412 min manat faizlə borc aldığını və 2017-ci ilə kimi hər ay 12 min dollar ona pul ödədiyini iddia etmişdi.

Müğənni bildirmişdi ki, polis rəisi evini qaytarmaq müqabilində ondan 300 min dollar tələb edib. Müğənni 250 min dollar təklif etsə də, evini qaytarmadıqlarını, əksinə, evin əşyalarını da götürdüklərini demişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər