Türkiyədə İnstaqram sosial media platformasına girişi açılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Onun sözlərinə görə, Türkiyədə İnstaqram sosial şəbəkəsi rəsmi olaraq açılıb.
Xatırladaq ki, İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTQ) İnstaqrama tətbiq etdiyi giriş bloku avqustun 2-dən qüvvədədi.