16 Avqust 14:41
5 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mətbuatında Kərki kəndinin (Naxçıvan) yaxın aylarda Azərbaycana təhvil veriləcəyi ilə bağlı yeni məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumatın hansı səbəbdən mediaya ötürülməsi barədə informasiya olmasa da, Ermənistan Baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Kərki ilə bağlı verdiyi açıqlama yenidən dövriyyəyə buraxılıb.

“Past” qəzetinin iddiasına görə, Naxçıvana məxsus kənd qaytarılsa, Ermənistanı İranla birləşdirən dövlətlərarası avtomobil yolunun bir hissəsinə nəzarət bütünlüklə Azərbaycana keçəcək.

“Anklav təhvil verilsə, Ermənistan onu xarici dünya ilə birləşdirən yolları itirəcək”, - erməni nəşri təlaşla yazır.

Kərkinin təhvil verilməsi məsələsinə toxunan Paşinyan aylar əvvəl söyləmişdi ki, kənd təhvil verilsə, bu istiqamətdə yol problemi olmayacaq: “İstədiyim budur ki, bu məsələni çox şişirməyək. Çünki bizim üçün yol problemi yarada biləcək elə bir anklav yoxdur”.

Baş nazir həmçinin Kərkinin Ermənistanın 29.7 min kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirmişdi.

Kərkidə qanunsuz olaraq məskunlaşmış erməni icmasının “rəhbər”i Lüdviq Stepanyan kəndin təhvil verilməsi ilə bağlı onda məlumatın olmadığını iddia edib.

Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri qaytarılanda da, ermənilər hay-həşir salmışdılar ki, əsas yol Azərbaycanın nəzarətinə keçir, dünya ilə əlaqələri kəsiləcək. Amma bu kəndlərdən yan keçən yeni yolların çəkilməsi məsələni həll etdi.

İndi də Kərki ilə bağlı səs-küy yaradırlar, kəndi qaytarmamaq üçün bəhanə axtarırlar. Təcrübə göstərir ki, bu yalançı hay-küyün heç bir xeyri yoxdur, Kərki də qaytarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər