Ləğv edilmiş separatçı rejimin nümayəndəsi Davit Sarkisyanın avtomobili iki həftə əvvəl müsadirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan məlumat verib.
Onun sözlərinə görə, avtomobil Sərkisyan barəsində aparılan cinayət işi çərçivəsində müsadirə edilib. Söhbət dələduzluq işindən gedir.
Separatçı Ermənistanda əmlak oğurluğu və saxtalaşdırma maddələri ilə ittiham olunur.
Davit Sərkisyan Xankəndi şəhərinin “keçmiş mer”idir.
Qeyd edək ki, bundan öncə ləğv edilmiş qondarma rejimin sonuncu başçısı Samvel Şahramanyanın “xidməti avtomobil”i də Ermənistan polisi tərəfindən müsadirə edilib.