Oktyabrın 18-də Türkiyədə keçiriləcək 3+3 regional platformasının iştirakçıları birgə bəyanat qəbul edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın diplomatik dairələrindən RİA Novosti-yə bildirilib.
“Münaqişələrin sülh yolu ilə həlli və suverenliyə, ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama prinsipinin vacibliyi vurğulanacaq”, - mənbə Rusiya agentliyinə deyib.
Həmçinin agentliyin ekspertlər hesab edirlər ki, Türkiyə toplantısından qəbul ediləcək bəyanat Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər.
Regional platformaya Azərbaycan, Gürcüstan və Ermənistan + Türkiyə, Rusiya və İran daxildir. Formatın Türkiyə toplantısı xarici işlər nazirləri səviyyəsində keçiriləcək.