Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya səfəri planlaşdırılır.
Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.
Qazaxıstan HDQ-nin gəmilər dəstəsinin Bakı limanına səfəri cari ilin iyun ayına planlaşdırılır. Bu Qazaxıstan HDQ-nin Bakı limanına ilk dostluq səfəridir.
Gəmilər dəstəsinə Qazaxıstan HDQ-nin “Qazaxıstan”, “Oral” və “Sarıarka” raket-artilleriya gəmilərinin daxil olması gözlənilir.
Səfər çərçivəsində iki ölkənin HDQ-i arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlərin müzakirəsi, həmçinin dəniz təliminin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Qazaxıstan HDQ-də vaxtı ilə Azəərbaycanın Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış xeyli sayda zabit xidmət edir.