Bakının Binəqədi rayonunda yanan binadakı mənzillərdən əşyaların çıxarılmasına başlanıb. Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əşyaların çıxarılması prosesində bina sakinlərinə Fövqəladə Hallar Nazirliyi, Binəqədi rayonu İcra Hakimiyyəti, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları kömək edirlər.
Bina sakinləri yanan əşyaları siyahıya alıb müvafiq Dövlət Komissiyasına təqdim edəcək. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanan binada müxtəlif istiqamətlər üzrə araşdırma aparırlar.
Yanan bina polis tərəfindən mühafizə olunur, əraziyə kənar şəxslərin girişi qadağan olunub. Polis idarəsindən qeyd olunub ki, bina 24 saat mühafizə olunur. 2 gün ərzində binada hər hansı neqativ hal, oğurluq və s. qeydə alınmayıb.
Ayxan