Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yanan çoxmərtəbəli yaşayış binasında ölənlərin xatirəsi yad edilməkdə davam edir.
Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, şəhər sakinləri bu gün də olay yerinə gələrək binanın önünə gül dəstələri düzürlər.
Faciədə həlak olanların xatirəsi qərənfil, uşaq oyuncaqları və yazılı qeydlərlə yad edilir.
Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər, o cümlədən 4 azyaşlı uşaq dünyasını dəyişib.
Samir İsayev