9 İyun 2015 17:30
442

Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Talıstan, “İvanovka” və “Kürdmaşı”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Ağdaş”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xızı” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Uğurlu, Şirvanlı, Hüseynbəyli, Muğanlı, Kələntərli, Qasımbəyli, Körpüqıran və Darğalar, Tərtər rayonunun Qaynaq, Qazyan və Qapcılı, Ağdaş rayonunun Qarabağlı, Lək, Pirəli, Gücü, Nehrəxəlil, Güvə, Qolqətir, Zeynəddin, Məşədi və Gürcuva kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ağdam, Ağdaş, İsmayıllı və Xızı rayon mərkəzlərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Müəllif: