Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyun 19-da Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.
Teleqraf.com xəbər verir ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02221) 5 52 90, (02226) 5 08 69, (02220) 5 23 75
İLHAMƏ